Bu gün:

50 ildən sonra Aya qayıtmaq


 NASA, Artemis III missiyası çərçivəsində 50 ildən sonra Aya enəcək 9 bölgəni təyin edib. Artemida III missiyası ilə Aya enişin ediləcəyi bölgələr kosmos agentliyi tərəfindən müəyyən edilib.

Bu missiya ilə astronavtlar 50 ildən sonra Ayın səthinə çıxacaqlar, "Aydan Marsa" proqramının direktor müavini Lakiesha Hawkins, "Artemis bəşəriyyəti Aya geri aparacaq və araşdırılmamış bölgələri görəcək" dedi.

NASA enişin Ayın cənub qütbünə yaxın olması planlaşdırılan əraziləri müəyyən edib. Lunar Reconnaissance Orbiter kosmik gəmisindən və müxtəlif tədqiqat məlumatlarından istifadə etməklə aparılan müayinələr nəticəsində Slater Plain, Nobile Rim 1 və 2, Mons Mouton, de Gerlache Rim 2, Mons Mouton Plateau, Malapert Massif, Haworth və Cabeus B yaxınlığında pik ərazilər seçilib.

Tədqiq edilməmiş hissələr seçilmiş bölgələrin elmi dəyərləri də təhlil etmişdir. Hər bir bölgənin, Günəş sisteminin və qayalı planetlərin tarixinə yeni işıq salmaq potensialı var. Ayın cənub qütbündə su kimi ehtiyatların saxlanıla biləcəyi daha əvvəl astronavtlar tərəfindən tədqiq edilməmiş daimi kölgəli sahələr var.

NASA-nın Artemida missiyasının Ay elmi işçisi Sara Noble, "Ayın cənub qütbü Apollon missiyaları zamanı endiyimiz yerdən tamamilə fərqli bir mühitdir" dedi. Bu bölgə Ayın ən qədim ərazilərinə, eləcə də su və digər birləşmələri ehtiva edə biləcək soyuq, kölgəli ərazilərə çıxış təklif edə bilər. Missiyanın kosmos vasitəsinin marşrutu, orbital yolları və səth şərtləri müəyyən ediləcək. Agentlik gələcəkdə Artemis IV və Artemis V kimi əlavə missiyalar üçün uyğun ərazilərin axtarışını davam etdirəcək.

Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et