Bu gün:

Qəbiristanlıqlarda sərv ağaclarının əkilməsinin səbəbi nədir?


Sərv ağacının ölüm və yeraltı dünya ilə əlaqəsi qədim dövrlərə gedib çıxır. Xüsusilə Aralıq dənizi sərvləri tünd yaşıl rəngi ilə az qala qaraya bənzəyir və qaranlığı simvollaşdırır.

Səmaya şaquli olaraq yüksələn piramida forması, daha geniş olan digər ağaclardan fərqli olaraq, ölümsüzlük axtarışını təmsil edir.

Qədim yunan mifologiyasında Apollonun sevgilisi Kiparissos təsadüfən maralı öldürdüyünə görə əziyyət çəkir və nəticədə sərv ağacına çevrilir ki, bu ağacın matəmlə əlaqələndirilməsinin mənşəyindən biridir.

Bu əhvalat qəbiristanlıqlarda sərv ağaclarının əkilməsinin simvolik ifadə aldığını göstərən göstəricilərdən sadəcə biridir.

Sərv ağaclarının qəbiristanlıqlarda istifadə edilməsinin ən əhəmiyyətli səbəbi onların ölümsüzlüyü təmsil edən quruluşu ilə bağlıdır. Onun piramidal forması yeraltından göyə yüksələn ruhu simvollaşdırır.

Digər səbəblərindən biri də onların yaydıqları xoş qoxularla yanaşı, torpağı təmizləmələridir. Bu ağaclar kimyəvi qarşılıqlı təsirləri sayəsində torpağı təmizləyərək qəbiristanlıqların ekosisteminə töhfə verirlər.

Sərv ağaclarının digər təəccüblü faydası isə çürüyən bədənlərdən ayrılan ammonyakı təmizləməsi, bu zərərli qazın havaya daxil olmasının qarşısını almasıdır. Bu ekoloji tarazlıq sayəsində qəbiristanlıqların təbii quruluşu bütöv şəkildə qorunur və ətraf mühitə zərər dəymir.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et