Bu gün:

Britaniya qrafı Lord Lukanın itməsinin sirri nə idi?


Sandra Rivett 1974-cü ilin noyabrında işəgötürənləri Lord və Ledi Lukanın evində ölü tapıldıqdan sonra Lord Lukan bir daha görünməyib və bəzi insanlar onun sərvətindən və əlaqələrindən İngiltərədən qaçmaq və onilliklər ərzində gizlənmək üçün istifadə etdiyinə inanırlar. 

Lukanların evində dayə kimi çalışan Sandranın ölümü ailədə mübahisələrə yol açmışdı. Sandra təbii səbəblərdən ölməmişdi, öldürülmüşdü. Cinayətkar hələ ortaya çıxmazdan öncə Ledi Lukan öz ərini insanları içində S.Riveti öldürməkdə günahlandırmışdı. Bu o vaxt sadəcə bir ittiham olsa da, qısa müddət ərzində dəlillərlə doğruluğunu sübutlamışdı. Lakin polislər həqiqəti öyrənəndə Lord Lukan artıq yox idi.   

Onun yoxa çıxmasının sirrini açmaq üçün daha geniş araşdırmalar aparmaq lazım gəlirdi. Araşdırmalar davam edən zaman Lord Lukan kimi tanınan Riçard Con Binqhemin ailəsi ilə şiddətli problemlər yaşadığı ortaya çıxmışdı. Binqhem ailəsi qumar asılılığı, psixi sağlamlıq problemləri, fiziki zorakılıq və sonda faciə ilə nəticələnən və dünyanı əbədi bir sirrlə tərk edən çirkin qəyyumluq döyüşü ilə mübarizə aparırdı. 

Con Binqhem qəribə bir uşaqlıq keçirmişdi, o artıq gənc bir kişi olana qədər qumara meyl salmış, at yarışlarında mərc oynamışdı. Əsgərlikdən sonra bu maraq onda daha da yüksək həddə çatmış, iştaha çevrilmişdi. Bir gün oynadığı qolf oyununda Veronika Dunkanla tanış olmuş, qısa müddət ərzində onu araşdırmış və onu Ledi Lukan adına layiq görərək onunla evlənmişdi. Bu evlilikdən onların 3 uşağı dünyaya gəlsə də, ikisi də bu evlilikdən məmnun deyildi. 

 Onların evlənməsindən qısa müddət sonra Con Binqhemin atası Lord Corc Binqhem Lukan vəfat etmiş və Con Britaniyanın 7ci qrafı Lord Con Binqhem Lukan olmuşdu. Bu isə daha çox sərvət və şöhrət demək idi. Lord Lukanın həvəslərini azğınlaşdıran əsas amil bunlar idi. 

Son iki Binqhem dünyaya gəldikdən sonra Ledi Lukan dərin depressiyaya düşmüş, hətta bu məsələ Conun Veronikadan boşanmaq və uşaqlarının qəyyumluğunu almaq istəməsinə səbəb olmuşdu. 

Məhkəmə istənilən nəticəni vermədiyindən Lukan əsəbləşib və arvadının uşaqları ilə birgə yaşadığı evə girib. Dayə Sandra Rivet ona mane olmağa çalışdığı üçün Lukan onu öldürüb, hətta bunu həyat yoldaşına da etiraf edib. Ledi Veronikaya əgər onun qaçmasına icazə verərsə, onu öldürməyəcəyinə dair söz verib və yoxa çıxıb. Onu həmin gün görən bir neçə nəfər olsa da, o gündən sonra ona aid heç bir iz qalmayıb. Polis araşdırmanı 27 oktyabr 1999-cu ildə dayandırıb və Lord Lukan qanuni olaraq ölmüş elan edilib. Onun oğlu Corc Binqhem Britaniyanın 8ci qrafı kimi atasını əvəzləyib. 

Mənbə: Allthatisinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et