Lana del Rey (əsl adı Elizabeth Grant) amerikalı söz yazarı və müğənnidir.

Gənc yaşları:
Lana 21 iyun 1985-ci ildə Nyu-York ştatında anadan olub. Kiçik yaşında Nyu-York ştatında yerləşən Lake Placid kəndinə ailəsi ilə birgə köçüb. İlk təhsilini Müqəddəs Aqness adına katolik məktəbdə alıb. Daha sonra isə Konnektikut ştatına, Kent məktəb-internata ailəsi tərəfindən göndərilib.
Məktəbi bitirdikdən sonra universitetə deyil, xalası və dayısının yanına, Nyu-Yorka qayıdıb. Daha sonra isə özəl Fordem universitetinin fəlsəfə fakültəsinə qəbul olub. 18 yaşında ilk musiqili çıxışlarını Bruklində gecə klublarında edib. 20 yaşında isə ilk kontraktını imzalayıb.
Karyera başlanğıcı:
2000-ci illərin əvvəlində Elizabeth Grant olaraq akustik gitara vasitəsiylə mahnılar yazıb. İlk demo-albomu “Sirens” yazılıb və təxəllüs olara özünə May Jayler adını seçib. Və ilk albomu “Lizzy Grant” 2012-ci ildə işıq üzü görüb.
Lana del Rey erası:
2010-cu ildə Elizabeth Grant öz təxəllüsünü bəyənməyərək və əvvəl işlədiyi musiqi komandasıyla ayrılaraq özünə yeni ad seçir- Lana del Rey. Özü isə adının açıqlamasını belə verib:”Özümə karyeramla uyğunlaşacaq ad tapmaq istəyirdim. Yayı Mayamidə (Del Rey dənizində) keçirirdim, oradaki Kubalı dostlarımla ispanca danışırdım. Lana del Rey isə mənə dənizin gözəlliyini hiss etdirirdi”.
Dünyaca məşhurluq isə 2011-ci ildə Video Games klipinin yayınlanması ilə gəlib. Daha sonra 2 albomu “ Born to die” ilk həftə 67 min kopiya sataraq Billboardda ilk 10-luğa girə bilib. 2012-ci ildə “Born to die:nParadise edition” mini-albomu işıq üzü görüb. 2014-cü ildə isə 3 albomu olan “Ultraviolence” ilk həftə 900 min kopiya satıb. Bir il sonra isə “Honeymoon” albomu çıxıb. 2017-ci ildə “Lust for Life” albomu Grammy nominantı olsa da, qalib gələ bilməyib. 2021-ci ildə “ Blue Banisters” 8-ci albomu çıxıb.
Və sonuncu, 9-cu albomu “Did You Know That There's A Tunnel Under Ocean Blvd”2023-cü ildə işıq üzü görüb.
Mənbə:RBC
Tərcümə etdi:Fatimə Umarbəy
