Mary Carleton 1600-cü illərdə "Alman şəhzadəsi" olaraq İngiltərədə bir çox əsilzadələri aldadıb. 1642-ci ildə adi bir ailədə doğulan Mary erkən yaşda bir ayaqqabıcı ilə evlənsə də, onu tərk edərək yeni bir həyata başlayıb. Sonra başqa bir kişi ilə evlənərək dolandırıcılığa ilk addımını atıb. Mary Köln-də soylu bir kişi ilə tanış olub, ona bahalı hədiyyələr alıb və onun bütün əşyaları ilə birlikdə Almanyaya qaçıb.

Londona qayıdaraq "Princess van Wolway" kimi tanınan Mary cərrah John Carleton ilə evlənib. Məhkəmədə hər iki tərəf öz hekayələrini müdafiə edib, nəticədə, Mary günahsız sayılıb. Artıq məşhur bir fiqur olan Mary öz hekayəsini yazıb və həyatını əks etdirən teatr oyununda rol alıb. Lakin dolandırıcılıq fəaliyyətinə davam edərək bir çox kişiləri aldadıb və var-dövlət qazanıb.
Mary müxtəlif kimliklər və saxta mirasçı hekayələri ilə bir neçə kişini "toruna salıb". Bəzi qadınlar utancından sussa da, bəzi kişilər isə onu ifşa etməyə çalışıb, lakin Mary hər dəfə qaçmağı bacarıb. Jamaikada sürgünə göndərilsə də, oradan qaçıb Londona dönüb və burada bir əczacı ilə evlənib, onun pulunu oğurlayaraq yenə qaçıb.
1672-ci ildə oğurluq əşyalarla yaxalanan Mary Londonda məhkəməyə verilib. Cəzalandırılmaq üçün sürgünə göndərilsə də, İngiltərəyə qayıdıb və 1673-cü ildə Tyburn-da edam edilib.
Mənbə:Onedio
Tərcümə etdi:Xavər Məmmədli
