William Şekspirin ingilis dilinin inkişafına tarixdəki digər yazarlardan daha çox təsir etdiyi hesab olunur. Çünki o, əsərlərində gündəlik danışıqda çox istifadə olunmayan sözlərdən istifadə edərək danışıq dilini zənginləşdirib.

Çox populyar bir dramaturq olduğundan istifadə etdiyi sözlər də tez bir zamanda populyarlaşıb. Bugünkü ingilis dilində, təəssüf ki, yox olma səviyyəsinə gəlmiş bəzi sözlər 1500-cü illərin sonlarına doğru çox məşhur olmağa başlayıb. Orijinal mətnlərdəki ingilis dili günümüzdə çətin başa düşülə bilər, amma ingilis dilinin söz çeşidini artırdığı üçün çox əhəmiyyətlidir. Yalnız az bilinən sözləri deyil, həmçinin az tanınan isimləri də üzə çıxarmağa çalışan Şekspir ingilis ədəbiyyatındakı digər bir çox yazarlardan daha uğurlu bir axın yaradıb və bu axın bu gün də ingilis dili və ədəbiyyatı üzrə tədqiqat mövzusu olaraq qalır.
Mənbə:wannart
Tərcümə etdi:Fatimə Hüseynova
