Gözyaşı insanın daxili dünyasında, bəlkə də heç kimin görə bilmədiyi bir döyüşün simvoludur. Çox vaxt o, zəiflik kimi görünsə də, əslində, gözyaşı bir insanın gücüdür. Hər dəfə onu axıtmaqla bədənimizdə bir yükü yüngülləşdiririk. Gözyaşları hər zaman kədəri ifadə etmir, bəzən həyatın gözəlliyini qeyd edir.
Gözyaşı insanın fizioloji və emosional funksiyalarının maraqlı və çoxşaxəli bir hissəsidir. Gözyaşı gözləri nəmləndirmək və qorumaq üçün yaradılmış olsa da, o, insanın duyğularını ifadə etməsi və stresini azaltması baxımından da mühüm rol oynayır.
Mənbə: Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
