Bu gün:

Diqqət əskikliyi və hiperaktivlik pozğunluğuna səbəb nədir?


Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu uşaqarda ən çox diaqnoz qoyulan davranış pozuntusudur. 50 nəfərlik sinifdə orta hesabla 1-3 şagird bu problemdən əziyyət çəkir.

Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu uşaq və yeniyetmələrdə davranış və psixi pozğunluqlar sinfinə aiddir. Diqqətin olmaması; Bu impulsiv davranış, özünü idarə etmə pozğunluğu və əlavə hiperaktivlik ilə özünü göstərir.

Əhali arasında yayılma nisbətinin uşaqlarda 8%, yeniyetmələrdə 6% olduğu müəyyən edilib.

Ümumiyyətlə, uşaqlıq çağı xəstəliyi kimi görünsə də, böyüklərdə rastlanma nisbəti 4% təşkil edir. Hiperaktivlik bu sindromun vacib bir hissəsi olsa da, təkcə diqqət çatışmazlığı da olduqca yaygındır.

Diqqət əskikliyi olan bir çox insanlar xəstəlikdən xəbərsiz həyatlarını yaşayırlar.

Diqqət çatışmazlığının bəzi simptomları;

- Diqqəti cəmləməkdə çətinlik çəkmək

- Göz təması qurmamaq

- Eyni fəaliyyəti uzun müddət davam etdirə bilməmək

- Tez yorulmaq

- Detallara məhəl qoymamaq

- Unutqanlıq

- Başqalarını dinləməkdə çətinlik çəkmək

- Tez-tez səhv etmək

Mənbə: NTV

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et