Bu gün:

Səhra şəraitində sağ qalan möcüzə: dəvələrin üç göz qapağı


Dəvələr çətin səhra mühitinə uyğunlaşmaq üçün bənzərsiz fiziki xüsusiyyətlərə malikdir. Güclü qum fırtınaları və şiddətli küləklər şəraitində belə, onların gözləri tam müdafiə olunur. Bu xüsusiyyətlərdən ən maraqlısı isə dəvələrin üç göz qapağına malik olmasıdır.



Dəvələrin üçüncü göz qapağı şəffafdır və gözlərini toz və qumdan qoruyur. Bu şəffaf qapaq, görmə qabiliyyətinə mane olmadan gözlərin üstündə hərəkət edir və səhra qumunun yaratdığı təhlükələri minimuma endirir. Bundan əlavə, dəvələrdə gözləri əhatə edən iki uzun kirpik sırası var ki, bu da onların gözlərini qumdan qorumağa kömək edir. Uzun kirpiklər küləyin gətirdiyi qum dənəciklərini saxlayır və gözlərin zədələnməsinin qarşısını alır.


Dəvələrin bu adaptasiya xüsusiyyətləri onlara səhra mühitində sağ qalmağa imkan verir və bu canlıları sərt iqlimlərə ən yaxşı uyğunlaşmış heyvanlardan biri halına gətirir. Bu möcüzəvi xüsusiyyətlər dəvələri yalnız yükləri daşıyan heyvan deyil, eyni zamanda təbiətin dayanıqlı sağ qalma simvoluna çevirir.



Mənbə: Savit.in

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et