Bu gün:

Acai meyvəsi


Dünyanın ən yaxşı super meyvəsi olaraq qəbul edilən acai meyvəsi

sağlam həyat sürmək üçün mütəmadi istehlak olunmalı təbii qidalardan biridir. Üzümə nisbətən 10 qat daha çox antioksidant tərkibinə sahib olan bu meyvə xolesterolu azaltmaqdan tutmuş ürək və həzm sisteminə qədər müxtəlif sağlamlıq problemlərinin qarşısını almağa kömək edir və xərçəng riskini də azaldır.


Acai meyvəsi Cənubi Amerikanın Amazon yağış meşələrinə aid olan acai palma ağaclarından toplanır. Ürək və beyin funksiyaları üçün bir çox faydası olan bu kiçik super qida, antioksidantlar, vitaminlər, minerallar və bitki tərkibli birləşmələrlə zəngindir. Təzə acai meyvələri çox tez xarab olduğu üçün əsasən şirə, toz və dondurulmuş formada satılır.


Tünd bənövşəyi rəngdə olan acai meyvələri görünüş baxımından böyürtkən və iri yaban mersini ilə müqayisə edilə bilər. Kilo vermək, yaşlanma əlamətlərini azaltmaq və ya ümumi sağlamlığı yaxşılaşdırmaq üçün ideal seçimdir.


Bitki tərkibli birləşmələri sayəsində acai meyvəsi yaddaş itkisi ilə əlaqəli beyin hüceyrələrindəki iltihablanma və oksidlənmə prosesini idarə edir Nutritional Neuroscience jurnalında yayımlanan bir heyvan araşdırmasına görə, acai meyvələri yaşlı siçanların yaddaşını yaxşılaşdırmağa kömək edib. Acai meyvəsinin qəbulu ürək sağlamlığını dəstəkləmək, xolesterol səviyyəsini aşağı salmaq, qan şəkəri, təzyiq və insulin səviyyələrini tənzimləmək kimi faydalara malikdir ki, bu da ürək xəstəlikləri riskini azaldır.


Yüksək lif tərkibi bağırsaq hərəkətlərini nizama salır və zərərli toksinlərin bədəndən çıxarılmasına kömək edir. Güclü antioksidant tərkibi hüceyrələrdə yaşlanma prosesini yavaşlatmağa kömək edir. Üzümə nisbətən 10 qat, yaban mersininə nisbətən 2 qat artıq antioksidant ehtiva edir. Aşağı kalorili və yüksək lifli olduğundan acai meyvəsi sağlam kilo verməyə dəstək verir və aclıq hissini idarə edir, sağlam qəlyanaltı kimi ideal seçimdir.


Mənbə: NTV

Tərcümə etdi: Fatima Farzali



Paylaş
Şərh əlavə et