Bu gün:

Pingelap Atoll- rəng korluğu adası


Bəzi məşhur rəng həvəskarları da daxil olmaqla, bir çox insan rəng korudur və həqiqətən mükəmməl rəng görmə qabiliyyətinə malik insan sayı isə çox azdır. Bununla belə, rəng korluğunun o qədər geniş yayıldığı bir yer var ki, o, rəng koru adası kimi tanınır. Və burada ən çox rast gəlinən qırmızı-yaşıl korluq deyil. Adanın sakinləri demək olar ki, tamamilə ağ və qara rəngdə görürlər.


Pingelap Atoll əsas mediada ilk təəssüratını 1996-cı ildə Oliver Sacksın kitabı ilə yaradıb və bu kitab ona ləqəb verib: "Rəng korlarının adası". Qırmızı-yaşıl rəng korluğu xüsusilə nadir olmasa da , Pingelap Atoll adasında əhalinin təxminən 10 faizində daha nadir olan akromatopsi xəstəliyi var. Dünyanın başqa yerlərində bu vəziyyət 30.000 insandan yalnız 1-də müşahidə olunur.


Bəs bu yer necə bu hala gəlib?


Rəvayətə görə 1775-ci ildə baş verən dağıdıcı tayfun ada əhalisinin sayını 20 nəfərə endirib. Bu insan qrupu adanın bütün müasir sakinlərinin əcdadları olmağa məcbur idilər. Sağ qalanlardan bir rəng korluğunun ekstremal formasına səbəb olan nadir bir gen daşıyıb. Nəhayət, o, bu geni adanın sonrakı nəsillərinə ötürüb.


Gözünüzdəki üç növ kolbacıqlar sayəsində rəng görmə qabiliyyətinin necə işlədiyini eşitmiş ola bilərsiniz. Bəziləri qırmızıya, bəziləri yaşıla və bəziləri maviyə həssasdır. Akromatopsikolbacıqların heç biri düzgün işləmədiyi halda baş verir və bütün işləri görmək üçün yalnız parlaqlığa həssas çöpcüklər qalır. Çöpcüklər sadəcə işığın intensivliyini müəyyən edir, ona görə də onunla təkcə boz rəngin tonlarını aşkar edə bilirlər. Ancaq bu xəstəliyin daha bir yan təsiri var. Akromatopsi olan insanlar parlaq işığa qarşı çox həssas olurlar ki, bu da günəşli adada gündəlik işləri dözülməz edə bilər. Müsbət tərəfi isə odur ki, akromatopsi ilə birgə qaranlıqda görmə bacarığı yaranır, bu da başqa bir ada ənənəsi üçün əlverişlidir: qayıqdan asılmış oddan istifadə edərək gecə uçan balıqları tutmaq. Həmçinin bu xəstəliyə sahib insanlarda, gözlərin qeyri-iradi hərəkətləri (tez-tez göz qırpmaq və ya gözlərin qısılması) və görmə kəskinliyinin azalması mövcuddur. Bundan əlavə, təsirlənmiş insanlar uzaq görmə və ya yaxın görmə ilə bağlı problemlər yaşaya bilərlər.


Mənbə: Discovery

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et