Bu gün:

Nə üçün 666 ədədi?


Heç düşünmüsünüzmü ki, 666 ədədinin niyə belə qaranlıq aurası var?  Bu ədədin şeytan ədədi, lənətlənmiş say, dəccal ədədi və bu tip sinonimləri var. Bunun İncildə qeyd olunduğu aydındır, amma niyə orada olduğu ortaya çıxıb?

Biz bunu canavarın 666 nömrəsini qeyd edən "Vəhy" mətninin müəllifi ilahiyyatçı John’dan soruşmayacağıq, amma bütün nəzəriyyələr və şərhlər arasında bəlkə də ən ehtimal olunanı bu mətn hesab edilir.


“Vəhy” mətninin özündə verilir:


“Burada hikmət var. Müdrik olan canavarın ədədini sayacaq, çünki bu, insanların ədədidir. Bu ədəd altı yüz altmış altıdır.”


Deməli, nömrə təkcə rəqəmlərin birləşməsindən ibarət deyil, həm də “ad nömrəsidir” – yəni “canavarın” adı hansısa şəkildə şifrələnib. Ən maraqlısı isə odur ki, arxeoloqların əllərində hətta o dövrdə adların necə şifrələndiyinə dair nümunələr var.


Budur, məsələn, Smyrna Bazilikasında (indiki Türkiyənin İzmir şəhəri) tapılan qraffiti üzərində belə bir romantik yazı qorunub saxlanılıb: φιλῶ ἧς ὁριθμὸς Ατη - "Adı 1308 olan birini sevirəm", son söz yalnız rəqəmləri ifadə edir: α = 1000, τ = 300 , η = 8. Ehtimal ki, Τύχη adı onun altında şifrələnib - "Tukhe" (xoşbəxtlik, şans mənasında), çünki τ=300, υ=400, χ=600, η=8 300+400+ 600+8=1308.


Əslində, İncil də bizə bunun sirli olduğunu söyləyir: “ Ağlı olan canavarın ədədini saysın”.


Bəs 666 rəqəminin altında kimin adı gizlənir? Çox güman ki, Neronun adı Neron Kesar olub, ibrani dilində נרונ קסר kimi yazılıb (transkripsiyada bunlar nron qsr hərfləridir). O illərin xristianları imperatoru yaxşı tanıyıblar. Onun hakimiyyəti dövründə, Romadakı böyük yanğında günahlandırdığı xristianlara qarşı təqiblər başlayıb. İnsanlar arasında belə bir inanc var idi ki, Neron Romanın bəzi hissələrini təmizləmək və yenidən inşa etmək üçün qəsdən atəşə tutub. Təqib işgəncə, qəsb və mürəkkəb edamlarla müşayiət olunub. Və eyni zamanda, Neronun üzü və adı əyalət yəhudi sikkələrində mütləq var idi. Romada bu sikkələrin bir tərəfində Neronun üzü olması qaydasına ciddi şəkildə əməl edilib, o biri tərəfdə nə istəsələr zərb ediblər.


Və nron qsr (נרונ קסר) adına əvvəllər təsvir edilmiş əlavəni tətbiq etsəniz, hansı rəqəmləri əldə edəcəksiniz? Bu təsvirə görə, sağdan sola yazıldığını unutmadan yəhudi sisteminə uyğunlaşdıraq: 50+200+6+50+100+60+200 = 666.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et