Məlum olub ki, “Balkanların Nostradamusu” kimi tanınan bolqar kahin Baba Vanqa 2025-ci ili sonun başlanğıcı kimi görüb.

“Balkanların Nostradamusu” kimi tanınan və 1996-cı ildə vəfat edən bolqar görücü Baba Vanqanın kahinliyinə görə, 2025-ci il sonun başlanğıcı olacaq.
2025-ci il Avropada qitə əhalisinə təsir edəcək münaqişə ilə başlayacaq. Bu apokalipsislə nəticələnəcək hadisələrin başlanğıcı olacaq.
Xalq arasında Baba Vanqa kimi tanınan Vangeliya Pandeva Quşterova 1911-ci ildə anadan olub və onun kahin qabiliyyətinə malik olduğu iddia edilirdi.
Uşaqlıqdan kor olan bolqar görücü yəqin ki, gələcəyi görə bilirdi və "güclərini" onu kor edən qasırğa ilə əlaqələndirirdi. Bu qabiliyyətlər ilk dəfə İkinci Dünya Müharibəsinin ortalarında ictimaiyyətin diqqətinə çatdırılıb və məlumatlara görə, Bolqarıstan çarı III Boris və Sovet lideri Leonid Brejnev kimi şəxslər onunla şəxsən məsləhətləşiblər.
Təbii ki, Baba Vanqaya aid edilən kahinliklərin əksəriyyəti ikinci əl hesablara əsaslandığı üçün təsdiqlənə bilməz.
Onun 5079-cu ilə qədər hər il üçün kahinliklər etdiyi deyilir.
Baba Vanqanın proqnozlarını təqdim edirik:
2025: Avropada müharibə
Bəşəriyyətin sona çatmasına səbəb olacaq hadisə ilə Avropada qitə əhalisini məhv edəcək qeyri-müəyyən münaqişə baş verəcək.
2028: Veneranın kəşfi
İnsanlar Veneranı enerji mənbəyi kimi araşdırmağa başlayacaqlar.
2033: Buzlaqların əriməsi
Deyilənə görə, Baba Vanqa qütb buzlaqlarının əriyəcəyini və dəniz səviyyəsinin bütün dünyada ciddi səviyyələrə çatacağını proqnozlaşdırıb.
Mənbə: Euronews
Tərcümə etdi: Dilbər Paşazadə
