Ölüm həyatın ən qaçılmaz hissəsidir, lakin biz onun yaxınlaşan gəlişini görməzdən gəlirik, adətən ona qorxu və nifrətlə yanaşırıq. Ölüm insanın dünyaya baxışını dəyişir. Əvvəllər əhəmiyyətli hesab etdiyimiz şeylər artıq çox mənasız görünür və biz həyatımızda nəyin vacib olduğunu düşünməyə başlayırıq. Bu, dayanmaq, düşünmək və həyatın mahiyyəti haqqında dərin düşüncələrə dalmaq üçün şərait yaradan bir an olur.
Ölümə qeyri-adi yanaşmağımızın faciəsi məsələnin orasındadır ki, biz onu həyatın davam edən dövranı kimi görmək istəmirik. Bu, hər kəsin bildiyi, lakin danışmaqdan çəkinib, gizli saxladığı bir həqiqətdir. Beləliklə, bir başqası vəfat edəndə, biz təəccüblənirik, sanki bu, gözlənilməz bir şey imiş kimi davranırıq, halbuki sükut içində həqiqət odur ki, ölüm doğulduğumuz andan etibarən bizimlədir.
Əgər həqiqətən də faciə qeyd olunmalı və başsağlığı verilməli bir şeydirsə, bayraqlarımız daim yarıya endirilmiş vəziyyətdə qalmalıdır və biz həmişə papaqlarımızı aşağı əyməliyik, çünki dünyada bu qədər az sevinc ifadə edilməsinə görə kədərlənməliyik.
Həyat sadəcə bir dövran deyil, bu, universal bir nəbzdir. Biz həmişə seçmədiyimiz şeyləri yenidən yaşamaq imkanı əldə edirik. Həyatın həqiqi gözəlliyi buradadır. Ölüm yoxdur, yalnız sevgi var, və bu sevgi əbədi olaraq bizimdir, əgər xatırlasaq.
Mənbə: Unimed Living
Tərcümə etdi: Arzu Qafarova