Bu gün:

Xaricdə təhsil alanların diplomlarının tanınması- "1sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil eksperti İlqar Orucovdur. O, diplomların tanınması ilə bağlı danışıb.

-Attestatla təhsil alan tələbələrin diplomları Azərbaycanda tanınırmı?

Xaricdə təhsil almış məzunların diplomlarının tanınması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları əsasında tənzimlənir və bu prosesi həyata keçirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi müəyyənləşdirir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bütün ölkələrdə təhsil almış məzunların diplomlarına münasibəti eynidir. Bu baxımdan qaydalar çərçivəsində hər bir məzun təhsil aldığı ölkədə müvafiq təsdiqedici sənədləri yanlız sistem üzərindən, (müraciətlər elektron qaydada həyata keçirilir) daha sonra agentlikdə müvafiq sənədlərə baxılır, çatışmazlıqlar varsa, onlar aydınlaşdırılır və müraciət edənə bununla bağlı cavab verilir. Əgər qaydalar çərçivəsində hər hansı neqativlər olarsa, bu halda diplomun tanınmasından imtina edilir. Hesab edirəm ki, bu qaydalar beynəlxalq standartlara uyğunlaşdırılıb.


 Əlavə olaraq Könül Əhmədova: Xarici ölkələrdə əldə edilən kvalifikasiyaların tanınması Azrbaycan Respublikasının Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı Qərarı ilə təsdiq edilmiş “ Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir. Ekspertiza prosesində sözügedən qaydaların 4.1.1-4.1.5-ci bəndləri üzrə tələblərə cavab verməyən ərizəçilərin ali təhsil sənədlərinin tanınması üzrə imtina qərarı verilir. İmtina qərarı ilə razılaşmayan ərizəçilər həmin qaydaların 8.1-ci bəndinə əsasən yaradımış Apellyasiya Komissiyasına müraciət edə bilərlər.


Fidan Əlizadə

Paylaş
Şərh əlavə et