İsraildə yerləşən bir biotexnologiya şirkəti əlavə edilən şəkərdən orta hesabla 3000 dəfə şirin olan mikroblar tərəfindən istehsal olunan zülal istehsal etməyə hazırlaşır.
Qərbi Afrika mənşəli bir tropik meyvə olan "Serendipity Berry" (Dioscoreophyllum cumminsii) içərisində kəşf edilən bu zülala "Sweelin" adı verildi.Bir çox qida məhsullarında sınaqdan keçirilmiş və məhsulun dadını dəyişmədən ketçupun şəkərini 70%, şokoladın şəkərini isə 50% azaltmağa nail olmuşdur.
Sweelin-in ən böyük üstünlüyü odur ki, digər tatlandırıcılardan fərqli olaraq bağırsaq florasına təsir etmir və şirin molekullar zülallardan ibarət olduğundan və amin turşularına həzm olunduğundan insulin ifrazını aktivləşdirmir.
Bu o deməkdir ki, şəkərlə əlaqəli metabolik xəstəliklər və piylənmənin dünya miqyasında epidemiyası sona çata bilər.
Mənbə: Evrimagaciofficcial.
Tərcümə etdi: Günay Məmmədova.
