Alimlər deyirlər ki, dünyada qocalmanın qarşısını alan, hətta cavanlaşdıran canlılar var. Bu canlıların bioloji cəhətdən ölümsüz olduğu düşünülür. "Ölümsüz" olaraq təyin olunan üç canlını araşdırdıq.
Planar qurd:
Planar qurdların ikiyə bölündükdə bərpa etmək qabiliyyətinə malik olduğu 19-cu əsrin sonlarından məlumdur. Bununla belə, bu canlılar 2012-ci ildə Nottingem Universitetində aparılan araşdırma onların ölümsüz olduqlarını irəli sürdükdən sonra virusa çevrilib. Kök hüceyrələri qeyri-müəyyən müddətə bərpa edə bilən yastı qurd növü olan planar qurdlar bütün dünyada mövcuddur. Bu yadplanetli görünüşlü məxluq boruvari bədənə və ağzının ətrafında çadırlara malik şirin su onurğasızıdır.

Hidralar:
Bu qurdlar, kiçik xərçəngkimilər və digər onurğasızlar kimi yırtıcıları sancmaq üçün istifadə edirlər. Hidralar ilk dəfə holland alimi Antoni van Leeuwenhoek tərəfindən tədqiq edildi, o, 275 dəfə böyüyə bilən mikroskop hazırladı. Qısa müddətdən sonra isveçrəli alim Abraham Tremblinin hidralar və onların "bərpaedici fövqəlgücləri" ilə bağlı müşahidələri biologiyada yeni eranın başlanğıcını qoydu.

Turritophis dohrnii - ölməz meduza
Guya ölməz olan Turritopsis dohrnii adlı bu meduza dəniz sularında yaşayır. İlk dəfə 1880-ci illərdə Aralıq dənizində kəşf edilən meduzalara indi bir çox yerlərdə rast gəlinir.
Bu çox kiçik canlı plankton balıq yumurtaları və kiçik mollyuskalarla qidalanır. Bu meduza növünün heyrətamiz cəhəti onun həyat dövrünü sıfırlaya bilməsidir. Stress zamanı meduza əvvəlki həyat mərhələsinə qayıda bilər. Transdifferensasiya adlanan bu proses bəzən qurbağanın köpək yarpağına və ya kəpənəyin tırtıla çevrilməsinə bənzədilir.

Mənbə: BBC
Tərcümə etdi: Fidan Əlizadə
