Bu gün:

Effektiv dərs oxumaq üçün üsullar


1.Zamanınızı düzgün bölüşdürün.

Vaxtı düzgün təyin edib çalışın. Sizin üçün uyğun vaxtı təyin etməlisiniz. Bəziləri gecə oturub işləməyi sevir, bəziləri isə səhər tezdən işləməyə üstünlük verir. 

Dərs çalışmaq üçün günün müəyyən bir vaxtını təyin edin. Vaxt aralığını təyin etmək planlarınızı və həyatınızı  asanlaşdıracaqdır. Dərs çalışarkən nə qədər fasilə verməli olduğunuzu özünüz müəyyənləşdirməlisiniz.  Tapşırıq üzərində 40 dəqiqə işlədikdən sonra diqqətinizi yayındırırsınızsa, ara verməlisiniz. Ancaq fasilə zamanı fikirlərinizi toplamağa kömək edəcək fəaliyyətlərlə məşğul olmağa diqqət yetirməlisiniz. 

Sosial mediada vaxt keçirmək çalışmanıza mane olursa, fasilələr zamanı mütləq sosial media tətbiqlərindən istifadə etməməlisiniz.

2. Effektiv olacaq iş metodunuzu seçməlisiniz .

Siz yazaraq  yoxsa sadəcə oxuyaraq öyrənirsiniz? Əvvəlcə özünüz üçün ən uyğun iş metodunu seçməlisiniz. Bəzən çalışmağa saatlarla vaxt  həsr etsəniz də, heç vaxt uğur qazanmayacağınızı başa düşürsünüz. Beləliklə, burada iş metodunuzun səhv olduğunu başa düşə bilərsiniz.

Digər şəxs yazaraq öyrənə bilər və çox uğur qazana bilər. Ancaq bu, yazı ilə işləməyiniz demək deyil. Fərqli üsulları sınayarkən sizə ən uyğun olanı tapmalı və işinizi buna uyğunlaşdırmalısınız. Hər bir insanın anlamaq qabiliyyəti bir-birindən fərqlidir. Öz anlama qabiliyyətlərinizə ən uyğun metodu seçənə qədər qorxmadan təcrübə etməlisiniz.

3. Ən uyğun çalışma məkanınızı tapn.

Çalışacağınız mühit sizə təsir edəcəkdir. Bəziləri izdihamlı yerlərdə işləməyi sevir, bəziləri isə ümumiyyətlə səssiz və sakit yerlərdə işləməyi sevir. Ev mühitini iş mühitinə çevirə bilərsiniz. Kimsə bir kafedə işləməyi sevir, ancaq bir kafeyə getmək imkanı yoxdursa, masanızı kafe masası kimi dizayn edə bilərsiniz. 

4. Sağlam qidalanın.

Bədəniniz nə qədər sağlam olarsa, o qədər səmərəli işləyəcəksiniz. Müntəzəm qidalanma zehninizi gücləndirir və özünüzü daha enerjili hiss edirsiniz. Yemək rejimini qurduğunuz anda artıq sizing üçün daha rahat olacaq . Bədəninizə qulluq etmək həyatınızın bütün sahələrində müsbət nəticələr verəcəkdir.

5. Yuxunuzu tam almalılısınız.

 Əsas məsələ budur ki, kifayət qədər yuxu almasanız. Nə etsəniz də, yuxu bədəni ayaqda saxlayan əsas şeydir. Nə qədər yaxşı yatsan, daha səmərəli öyrənirsən.

Gecə yuxusundan başqa, gün ərzində yorğun hiss etdiyiniz anlarda 15-20 dəqiqəlik yuxu fasilələri ilə istirahət edə bilərsiniz. Bu kiçik yuxu fasiləsindən sonra işə başlamaqda hələ də yorğun hiss edirsinizsə, bədəninizi kiçik məşqlərlə oyandıra bilərsiniz.

6. Planlı şəkildə işləyin.

Çalışmağı planlaşdırmağınız çox vacibdir. Plansız iş qarışıqlığa səbəb olacaq və həvəsnizi azaldacaq. Buna görə işə başlamazdan əvvəl lazım olan bir plan hazırlamalısınız.

7.Elektron cihazları özünüzdən uzaqlaşdırın.

 Özünüzü tamamilə işə həsr etmək üçün elektron cihazları uzaqlaşdırmaq məsləhətlidir. Siz  işləyən zaman telefonunuza gələn anlıq bir mesaj diqqətinizi yayındıra və işinizə mane ola bilər. İşləyərkən telefonunuzun səsini söndürməlisiniz ki, mesajlar  görünməsin.

8. Dostlarınızla dərs çalışın.

Bəzən qruplarda işləmək öyrənməyə gəldikdə daha faydalıdır. İş qrupunuzdakı dostlarınızdan biri işləyərkən gözlərinizdən qaçan bir nöqtəni tuta bilər. Hər kəsin öz nöqteyi-nəzərini gördüyü bir qrupda öyrənmək olduqca məhsuldar olacaq.

Mənbə: CEOtudent

Tərcümə etdi: Tərlanə Abdullayeva

 

Paylaş
Şərh əlavə et