
"Eli Lilly" əczaçılıq şirkəti üçüncü faza araşdırmalarını tamamladığı "donanemab" dərmanının Alzheimer xəstəliyinin irəliləməsini üçdə bir yavaşlatdığını açıqladı.
Mütəxəssislər bildirirlər ki, son vaxtlara qədər “qeyri-mümkün” kimi görünən bir vəziyyət yaranıb. Bu dərman ötən ilin noyabrında xəstəliyi yavaşlatdığı sübut edilmiş "lecanemab" dərmanına bənzər şəkildə işləyir. Hər ikisi antikordur və Alzheimer xəstələrinin beyinlərində yığılan "beta amiloid" adlı yapışqan maddəni təmizləmək üçün nəzərdə tutulub. Amiloid beyindəki neyronlar arasında yığılan bir proteindir. Bu zülallar beyində lövhə əmələ gətirir. Böyük Britaniyanın "Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası" nda koqnitiv disfunksiyalar klinikasında çalışan Dr. Cath Mummery bildirir ki, Alzheimerin müalicəsi üçün aparılan tədqiqatların gedişatı onilliklər ərzində dəyişib və müalicə üçün ümid var. Eli Lilly şirkətinin təfərrüatları yeni dərc edilən araşdırmasında 1734 erkən mərhələdə Alzheimer xəstəsi iştirak edib. Donanemab dərmanı bu subyektlərə beyindəki lövhələr yox olana qədər hər ay verildi.
Ümumilikdə, 29 faiz, tədqiqatçıların cavab vermə ehtimalının daha yüksək olduğunu düşündüyü bir qrup xəstədə isə xəstəlik 35 faiz yavaşladı. Ancaq üçdə bir nisbəti ilə müalicənin ən çox görülən yan təsiri beyində şişkinlikdir. Bu vəziyyət, əsasən, yüngül və ya asemptomatik olaraq görüldü. Bununla belə, 1,6 faiz təhlükəli dərəcədə yüksək idi. İki könüllü beyindəki şişlik nəticəsində dünyasını dəyişib. Eli Lilly direktor müavini Dr. Mark Mintun dedi ki, bu, ciddi və həyati təhlükə yarada bilsə də, dərmanın təmin edə biləcəyi mümkün klinik faydalar onları təşviq edir. Şirkət dərmanın yaxın aylarda xəstəxanada istifadəsinə icazə verilə biləcəyini açıqladı. Bristol Universitetinin Dr. Liz Coulthard dərmanın "açıq-aşkar yan təsirləri"ni və uzunmüddətli məlumatların olmadığını vurğuladı, lakin "Alzheimer xəstəliyi olan insanlara daha yaxşı bir həyat sürməyə kömək edə biləcəyini" söylədi.
Mənbə: Habertürk
Tərcümə etdi: Məryəm Abdullazadə
