Bu gün:

Meymunların istifadə etdiyi işarələr


Şotlandiyanın Sent-Endryus Universitetində aparılan araşdırmaya görə, insanlar şimpanzelərin və bonoboların bir-birləri ilə ünsiyyət qurmaq üçün istifadə etdikləri jestləri və “işarələri” başa düşürlər.

PLOS Biology elmi jurnalında dərc edilən araşdırma üçün video əsaslı bir araşdırma aparıldı və könüllülər meymunların hərəkətlərini izlədilər. Sonra ondan jestlərin nə demək olduğunu soruşdular. Araşdırma şimpanzelərlə paylaşdığımız son ortaq əcdadımızın oxşar jestlər etdiyini və bu jestlərin bu gün istifadə etdiyimiz dilin "başlanğıc nöqtəsi" olduğunu ortaya qoydu.

St Andrews Universitetinin baş müstəntiqi Dr. Kirsti Qrem dedi: “Biz bilirik ki, bütün böyük meymunların (şimpanzelər və bonobolar) ünsiyyət üçün istifadə etdikləri jestlərin təxminən 95 faizi üst-üstə düşür”.

 "Amma biz artıq əminik ki, əcdadlarımız jestlər etməyə başlayıb və dilə uyğunlaşıb”.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et