Bu gün:

Kainat nə üçün qaranlıqdır?


Orta hesabla yalnız müşahidə edilə bilən Kainatda 225 milyard böyük qalaktikalar, 7 trilyon cırtdan qalaktikalar və ümumilikdə 30 milyard dəfə trilyon sayda ulduz olduğu düşünülür. Təkcə bizim ulduzumuz olan Günəş bütün gün planetimizi göz qamaşdıracaq dərəcədə parlaq edə bilərkən; Kainat nə üçün bu qədər qaranlıqdır?

Bu suallara 2 fərqli şəkildə cavab verə bilərik: Birincisi, Olbers Paradoksu adlanan bir kosmoloji paradoks baxımından… İkincisi, işıq fizikası baxımından … Əvvəlcə, Olbers Paradoksuna nəzər salaq.

Olbers Paradoksu

Bu paradoks ilk dəfə 1823-cü ildə Alman astronomu Heinrich Wilhem Olbers tərəfindən ifadə edilmişdir. Buna görə də Olbers Paradoksu adlanır.

Olbers Paradoksu bu gün artıq bir paradoks deyil. Ancaq Kainatın nə üçün işıqla dolu olmadığını başa düşmək üçün Kainatın işıqla dolu olması gərəkdiyini düşündürən üç təklifi qeyd etməliyik: sonsuz kainat, statik(hərəkətsiz) kainat, zamansız kainat. Eynən sabit, güzgülərlə dolu bir otaqda bir işıq yandırdığınızı düşünün. Bu zaman, əlbəttə, hər tərəf işıqla dolu olardı… Kainatın bu üç xüsusiyyəti varsa, deməli, işıqla dolu olmalıdır. Ancaq işıqla dolu deyilsə, bu üç xüsusiyyətdən ən azı biri olmamalıdır.

1920-ci illərdə Olbers Paradoksunun paradoks olmadığını isbatlayan Edvin Hubble idi. Hubble, qalaktikaların getdikcə bir-birindən uzaqlaşdığını görür və Kainatın statik və ya zamansız olmadığını, əksinə, zamanla daim genişləndiyini bildirdi. Bunun ardınca, çox sayda yeni dəlillərlə bu hipotez dəstəklənərək Big Bang nəzəriyyəsi quruldu və kainatın bu günkü ən güclü modelinə çevrildi.

Bunun paradoksu həll edə bilməsinin səbəbi Kainatın işıqla dolu olmamasıdır, çünki Kainatda heç də bütün ulduzlar əbədi olaraq mövcud deyildilər. Bəzilərinin işığının bizə çatması üçün kifayət qədər vaxt keçməyib və buna görə ulduzların bütün Kainatı işıqla doldurması da mümkün deyil. Bu, Kainatın geniş məsafələrə nisbətən niyə qara rəngli olmasının səbəbini bizlərə izah edir.

Ən azından indiki anda… Çünki əslində, bütün Kainat Big Bang’in erkən mərhələlərində olduqca isti və qatı idi. Və gözlənildiyi kimi işıqla dolu idi!  Hara baxırdınsa, hər yerdə işıq var idi. Ancaq Kainat genişləndikcə və soyuduqca, işıq mənbələrindən yayılan işığın qət etməsi lazım olan məsafə artmağa başladı.  Başqa sözlə zaman-məkan parçasının özü genişlənirdi və bu genişlənmə sözün əsl mənasında işığı zəiflədirdi. Bu zəifləməni biz bu gün qırmızıya doğru yerdəyişmə adlandırırıq. Bu gün Big Bang-dən qalan işıq o qədər zəifləyib ki, indi infraqırmızı şüaların da altındakı dalğa uzunluqlarına çatmışdır və buna görə də görə biləcəyimiz dalğa uzunluqlarından kənardadır.

Mənbə: ntv.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et