
Yaz və payız aylarında tez-tez məruz qaldığımız hava şəraiti olan yağış dünyada ən çox rast gəlinən hava şəraitlərindən biridir. Bəzən romantik təsir yaratsa da bəzən həyatı çətinləşdirən təsirləri də var. Xüsusilə, güclü yağış zamanı sel kimi təbii hadisələrlə qarşılaşmaq mümkündür. Yağışın ən ümumi tərifi onun buludların kondensasiyası nəticəsində baş verməsidir. Lakin bu fenomen təkcə buludların kondensasiyası ilə baş vermir.
Yağışlar qədim zamanlardan insanlar üçün maraq mövzusu olub. Əvvəllər bu, tanrıların qəzəbi və ya məhsuldarlığı ilə əlaqələndirilirdi. Zamanla elmin inkişafı ilə yağışın əmələ gəlməsi araşdırılıb. Tapılan məlumatlar yağışın əmələ gəlməsinin aydın izahını verdi və yağışın necə əmələ gəlməsi ilə bağlı suallara cavab verdi. Yağışın əmələ gəlməsi suyun buxarlanması və səmaya doğru kondensasiyası zamanı baş verir.
Göydə qatılaşan su buxarı birləşərək su damcılarını əmələ gətirir. Su damcıları kondensasiya təsiri ilə birləşərək yağış əmələ gətirir. Damlalar yerə düşəndə yağış yağır. Yağış əmələ gəirən iki kondensasiya hadisəsi var.
Bunlardan birincisi, toqquşma adlanan kondensasiya hadisəsidir. Külək toqquşma və yağışın əmələ gəlməsinə təsir göstərir. Külək su damlalarını vurur və onların yerə düşməsinə səbəb olur və beləliklə yağış əmələ gətirir. İkinci vəziyyət kristallaşma vəziyyətidir. Bu vəziyyət daha çox soyuq qış şəraitində temperaturun mənfi dərəcələrə düşdüyü zaman baş verir. Bir araya gələn su damcıları soyuq hava şəraitinin təsiri ilə donur və kristallaşır. Kristallaşmış su damcıları yer səthinə enərkən isti havaya məruz qalır və əriyib su damcıları kimi yerə düşür və beləliklə, yağış əmələ gətirir.
Mənbə: Sabah
Tərcümə etdi: Sudana Əsədova
