Ərəbcə “din” sözü yol, hökm və mükafat deməkdir. Qərb dillərində din, yəni “religio” latın mənşəlidir və “müqəddəs etmək”, “müqəddəs and içmək” və “kült” deməkdir.

Halbuki din bir inanc sistemi olaraq dünyagörüşünə bənzər xüsusiyyətləri özündə ehtiva edən ictimai şüurdur. Ayrı-ayrı insanlar hər şeyə inana bilər, lakin inanılan şeyin din olması üçün onun ictimai xarakter daşıması lazımdır. Dinin digər təfəkkür sistemlərindən fərqi ondadır ki, o, təbiəti və ictimai şəraiti alt-üst etməklə insan şüurunda əks etdirir. Bu yolla təbiətin və cəmiyyətin maddi şəraitinin ali bir qüvvə tərəfindən yaradıldığı düşünülür. Bu şəraitdə insanlar hər cəhətdən bu ali güclərə bağlı olduqlarını zənn edir və onlara müəyyən münasibət və davranışlar göstərirlər (məsələn, namaz, qurban kəsmə, dua və s.). Onlar bunu müəyyən konkret maraqlar (artıq məhsul, həyatı təmin etmək və s.) əldə etmək üçün edirlər. Fövqəltəbii güclərə əsaslanan dinlər cəmiyyətlər üçün müqəddəsliyi müəyyən edir.
Bu gün bizə həm çox sadə, həm də çox əyləncəli görünən bir çox mifoloji təsvirlər və ya çoxallahlı hekayələr keçmişdə cəmiyyətlərin həyatında, istehsal fəaliyyətlərində (ov, balıqçılıq və s.) və elmi fəaliyyətlərində çox ciddi rollar oynamışdır. Cəmiyyətlər əvvəldən din (sehr və inanc) ilə elmin bir-birini tətiklədiyi və lazım gəldikdə bir-birini dəstəklədiyi bir cəmiyyət inkişaf etdirib. Amma onlar da bilirdilər ki, bəzən bir-birinə zidd, bir-biri ilə rəqabətdə olan sistemlər var. Necə ki, elmin qeyri-kafi olduğu və ya texnologiyanın bir həll verə bilmədiyi yerdə dini təfəkkür meydana çıxır. Dinin “müqəddəs nəfəsi”nin tükəndiyi məqamda elm içəri girir və dini düşüncəni məhdudlaşdırır. Məşhur antropoloq Malinovski Yeni Zelandiyada apardığı araşdırmalarda yerli tayfaların tərəddüd etmədən bu iki ünsürü (dini və elmi təfəkkür) bir-birindən ayıra bildiklərini, əxlaqi prinsipləri və ibadətləri nəzərdə tutduqlarını müəyyən edib.
Mənbə: Oda
Tərcümə etdi: Uğur Hacıyev
