Psixoanalitik və nevroloq Ziqmund Freydin fikrincə, yuxu görməkdə məqsəd, əslində, istəklərimizi təmin etməkdir. O bunu sübut etməyin çox asan olduğunu iddia edir.
Məsələn, axşam duzlu yemək yeyirsə, yuxusunda həmişə özünün su içdiyini görür. Çünki duzlu yemək onu su içməyə həvəsləndirir və yuxuları ilə bu istəyini təmin edirdi.
Təbii ki, yuxuların mənşəyini izah edən başqa nəzəriyyələr də var. Məsələn, 2000-ci ildə Antti Revonsuonun təhdid simulyasiyası nəzəriyyəsinə görə yuxular, əslində, bioloji müdafiə mexanizmləridir.
Təkamül zamanı insanların qarşılaşa biləcəyi müxtəlif təhlükələr yuxular vasitəsilə təkrar-təkrar məşq edilir və beləliklə, idrak mexanizmləri təhlükələri daha effektiv qavrayaraq onların öhdəsindən gəlib onlara qalib gələ və ya onlardan qaça bilir. Bunun insanların təkamül prosesindəki uğurlarını artırdığı iddia edilir.
Bu nəzəriyyədən çıxarıla biləcək bir nəticə budur ki, riskli mühitlərdə yaşayan uşaqlar arasında yuxu intensivliyi baxımından fərq olmalıdır. Daha təhlükəsiz mühitlərdə və təhsil və həyat kimi əsas hüquqları üçün səy göstərmələrinə ehtiyac yoxdur.
Beləliklə, nəzəriyyənin doğru olduğunu fərz etsək, təhlükə altında olan uşaqlar daha sıx və çoxsaylı yuxular görməlidirlər, çünki onlar təhdidləri məşq etməlidirlər, təhlükəsiz mühitlərdə böyüyənlər isə nisbətən daha az yuxu görməlidirlər.
Elmi araşdırmalar bu nəzəriyyəni dəstəkləyir. Həqiqətən də travma almış uşaqlar daha çox yuxu görür və yuxularında təhlükəli hadisələr yaşayırlar. Bu məqamda Freyd və Revonsuonun nəzəriyyələrinin o qədər də ziddiyyətli olmadığını düşünmək olar. Çünki uşaqlar təhlükəsiz mühitin olmadığını hiss edə və əslində, bu istəklərini təmin etməyə çalışa bilərlər.
Mənbə: Sabanciunv.edu.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
