
Xurma -şirin və büzücü dadı olan şirin cənub giləmeyvəsidir. Meyvə toxumlarla yetişir, açıq bir şirin dadı və daha sıx pulpa konsistensiyasına malikdir. Adi xurmanın meyvələri tozlanmadan qurulur. Onlar toxumsuz yetişir, dadı büzücü və və bəzi meyvələrnən müqayisədə daha az şirindir. Yetişmiş xurma adi meyvədən daha qaranlıqdır. Buna görə də onu çox vaxt şokolad xurması adlandırırlar.
Xurma bir çox cənub ölkələrində böyüyür, hər bölgənin öz çeşidi var. Və ümumilikdə 700-dən çox növü var. Ancaq Çindən dünyaya yayılmağa başladı. Xurmanın növləri ilk növbədə Cənub-Şərqi Asiyada böyüdü. Bununla belə, onlar digər isti ölkələrdə və bölgələrdə, o cümlədən Rusiya və Ukraynanın cənubunda yetişdirilə bilər.Fars dilindən tərcümədə xurma "xurma gavalı", yunan dilindən isə "tanrıların yeməyi" deməkdir.
Xurma ağacı vizual olaraq bizim enliklərimizə tanış olan albalı ağacını çox xatırladır. Onun yarpaqları eyni uzanmış və zəngin yaşıldır. Yetkin ağaclarda yarpaq çalarlarının keçidi ola bilər: aşağıda açıq yaşıl, yuxarıda daha tünd. Yabanı xurma ağacının hündürlüyü 9-12 m-ə çata bilər, lakin becərilən növlər 3-4 metrdən çox deyil, buna görə məhsul yığmaq daha rahatdır.
Xurma həm də ən vitaminlə zəngin giləmeyvələrdən biridir, tərkibində pektin, A, C vitaminləri, dəmir, fosfor, maqnezium və kalsium var. Bundan əlavə, meyvədə xərçəngin inkişaf riskini azaltmağa kömək edən betulin turşusu var. Xurmanın tərkibində çox miqdarda şəkər olsa da, onların glisemik indeksi aşağıdır.
Mənbə:travelask.ru
Tərcümə etdi:Səmayə Qədirova
