Bu gün:

Marsda yaşamaq barədə düşünmüsünüzmü?


Elm adamları illərdir Yerdən kənarda həyat axtarırlar, lakin indiyə qədər bütün cəhdlər nəticəsiz qalıb və paralel olaraq onların Marsda həyat axtarışları da nəticəsiz qalıb. NASA təslim olmayacaq və axtarmağa davam edir.

Nasa dəqiq cavablar axtarır
HardwareNews-dakı təfərrüatlara görə, Nasa-nın astrobioloqu Heather Graham NASA-nın Youtube kanalında qısa bir videoda Marsda həyatın keçmişdə mövcud ola biləcəyini, lakin planetin hazırkı vəziyyətinin heç bir canlı orqanizm üçün demək olar ki, heç bir şans qoymadığını izah etdi. Lakin biz Marsda həyatın mümkünsüzlüyündən danışarkən, əslində, Marsın səthində həyatı nəzərdə tuturuq. Tədqiqatçılar daha çox araşdırmalar aparsalar, "həyat tapmaq" şansı daha yüksək olacaq. Bunu təsdiqləmək üçün Marsdan nümunələrin Yerə qaytarılması və araşdırılması prosesi aparılır. Hazırda Marsda həyatın mövcud olduğunu dəqiqliklə deyə bilmirik.

Mənbə: Cumhuriyyet

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et