Bu gün:

Çəhrayı brilyantların mənşəyi



Elmi araşdırmalar göstərir ki, yer üzündəki çəhrayı almazların 90%-dən çoxunun yerləşdiyi Argil mədəni təxminən 1,3 milyard il əvvəl Nuna superkontinentinin parçalanması zamanı əmələ gəlib.


Almaz karbon atomları üç ölçülü, nizamlı bir quruluş meydana gətirdikdə meydana gəlir. Yerdəki şərtlər bu güclü kristal quruluşun təbii şəkildə əmələ gəlməsinə imkan vermir. Bu gün yer üzündəki bütün təbii almazlar mantiyada əmələ gəlib və sonra vulkanik fəaliyyətlər zamanı yerə daşınıb. 


Saf və qüsursuz quruluşa malik almaz şəffafdır. Saflığı pozan atomlar və kristal quruluşundakı təhriflər almazlara rəng verir. Çəhrayı almazların əmələ gəlməsi üçün mantiyadakı adi şəraitdən çox daha güclü təsir edici lazımdır.


Argyle mədəni dünyanın ən böyük təbii almaz mədənidir. Qərbi Avstraliyada yerləşən mədən dünyadakı çəhrayı almazların 90%-dən çoxunun mənbəyidir. Dr. H.Olierook və onun həmkarları tərəfindən Nature Communications-da dərc olunan araşdırmanın nəticələri göstərir ki, Argyle mədəni təxminən 1,3 milyard il əvvəl yaranıb.


Yerdəki tektonik plitələr zaman-zaman bir araya gələrək demək olar ki, bütün torpaqların bir-birinə bağlı olduğu super qitələri əmələ gətirir. Argyle mədəninin yerləşdiyi bölgə, təxminən, 1,8 milyard il əvvəl iki lövhənin toqquşduğu və Nuna superqitəsinin bir hissəsini təşkil etdiyi bölgədə yerləşir. Təxminən 1,3 milyard il əvvəl Nuna qitəsinin bu bölgəsi parçalanmağa başlayıb. Olierook və həmkarları son tapıntılarına əsaslanaraq, Argyle mədənindəki çəhrayı almazların 1,8 milyard il əvvəl tektonik toqquşma zamanı əmələ gəldiyini və plitələrin təxminən 500 milyon il sonra bir-birindən ayırması nəticəsində ortaya çıxan kanallardan püskürən maqma ilə yerə daşındığını irəli sürürlər. 


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et