Pozitivizm təbiət elmlərinə yeganə həqiqi bilik mənbəyi kimi baxan və fəlsəfi fikrin dəyərini rədd edən burjua fəlsəfə cərəyanıdır.
Pozitivizm insanlar üçün müsbət və konstruktiv olanın yalnız faktları müşahidə edərək təsvir etmək olduğunu iddia edən doktrinadır. Təbiət elmlərinə yeganə həqiqi bilik mənbəyi kimi baxan və fəlsəfi fikrin dəyərini rədd edən burjua fəlsəfə hərəkatıdır. Pozitivizmin yaranmasının səbəblərindən biri də köhnə fəlsəfi cərəyanların (məsələn, Klassik Alman Fəlsəfəsi) yeni elmi inkişafları izah etmək üçün kifayət etməməsidir.
Tamamilə yeni, metafizik olmayan (“pozitiv”) düşüncə olduğunu iddia edən pozitivizm yalnız pozitivist metodologiya ilə hərəkət edən eksperimental elmi nəzərə alır. Pozitivizmin banisi Auquste Kontdur. John Stuart Mill və Herbert Spencer hərəkatın əsasını qoyanlar arasındadır. Kont hərəkatı “pozitivizm” adlandırarkən əvvəlki fəlsəfi cərəyanları “mənfi, dağıdıcı”, öz fəlsəfəsini isə “konstruktiv” olaraq gördüyünü göstərirdi. Konta görə, bütün fəlsəfələr dağıdıcı və mənfidir, çünki onlar metafizika ilə təcrübəni aşmaq mənasında məşğul olurlar. Onun fikrincə, bütün fərziyyələr (yəni bilməyə yönəlmiş düşüncə) təcrübədən kənara çıxan kimi metafizikdir, istər materialist, istərsə də idealist.
Pozitivizm fəlsəfənin vəzifəsini necə müəyyən edir?
Pozitivizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, müsbət biliyə aparan yeganə yolun empirik elm olduğunu iddia etsə də, fəlsəfənin vəzifəsini elmin nəticələrini şərh etmək və “aydınlaşdırmaq” kimi qəbul edir. O, bunu bütün məlumat kütləsinin əldə edilməsinə imkan verən məlumatların fərdi qavrayışlar olduğunu iddia edən informasiya nəzəriyyəsinə əsaslanaraq edir. Bu bilik nəzəriyyəsi əsasında o, elmi biliyi obyektiv aləmin daxili əlaqələri və hərəkət qanunları haqqında bilik kimi deyil, hiss məlumatları və onların qanunauyğunluqları, qarşılıqlı əlaqələri və strukturları ilə məhdudlaşır.

Pozitivizmdə elmi biliklər
Pozitivizm biliyi müşahidə məlumatları arasındakı əlaqə ilə məhdudlaşdırdığından və bu məlumatları bütün biliklərin başlanğıc nöqtəsi kimi gördüyündən, o, heç vaxt məlumat əldə etmə üsulları dediyi üsulların düzgünlüyünü nümayiş etdirə bilməz və bu üsullara heç bir rasional izah verə bilməz.
Fərdi sensor məlumatlara əsaslanaraq elmin nəzəriyyəsi və praktikasının düzgünlüyünü necə nümayiş etdirə bilərik?
Rassel kimi pozitivistlər, özlərinin də rasional olaraq təsdiq edə bilmədiklərini etiraf etdikləri “elmi” qənaətləri əsaslandırmaq üçün həmişə hər cür “postulatlar” uydurmalı olurdular və son variantda onlar Hume və Rassel kimi deməyə gəldilər ki, bizim dünya haqqında bütün anlayışımız fitri vərdişlər və instinktlərdən başqa heç nəyə əsaslanmır.
Beləliklə, elmi biliklərin əhatə dairəsini hiss məlumatlarının qarşılıqlı əlaqəsi ilə məhdudlaşdıran pozitivizm insanların dünyanı elmi dərk edərək rəhbər tuta bilməsi ehtimalını da inkar edir və deyir ki, biz dünya haqqında düşünən və hərəkət edən məxluqlar olaraq qalacağıq. Pozitivist “məntiq” sonda məntiqdən imtina edir və məntiqi biologiya ilə əvəz edir. Üstəlik, bu son dərəcə kobud biologiyadır.
Pozitivist metafizika
Sistem qurucularının metafizik uydurmalarından kənar fəlsəfədə yeni bir yol açdığını iddia edən pozitivizm metafizik fantastikanın bütün elementlərini öz daxilində ehtiva edir.
Elmi biliyi sensor məlumatların qarşılıqlı əlaqəsinə əsaslanaraq şərh etdiyi üçün pozitivizm məlum dünyanın “ünsürlərini” nəyin təşkil etdiyinə dair hər cür uydurma ixtiralara sürükləndi. Həqiqətən də, hiss məlumatları – təcrübənin qəribə “atomları” belə ixtiralardan yalnız biridir. Elm tərəfindən tanınan maddi dünya əvəzinə o, "hiss-məlumatlar", "elementlər", "məntiqi strukturlar", "çərçivələr", "naməlum keyfiyyətlər" və nəticələnən bölünməz varlıqlardan ibarət metafizik dünya icad edir. Belə ixtiralar əsasında elmin müddəalarının “mənası” və “əhatə dairəsi”nin “aydınlaşacağı” düşünülür. Odur ki, fəlsəfədə pozitivist metod ancaq yeni metafizik uydurmaların istehsalı üçün səmərəli üsul təklif edir. Pozitivistlərin iddia etdiyi kimi bu uydurmalara son qoymaq deyil. Pozitivist metafizika, digərləri kimi, tamamilə uydurma, qeyri-müəyyən və məcburidir.
Yeni sistem kimi pozitivizm
Pozitivizm elmin öz fəlsəfi şərhini elmə tətbiq etməyə çalışır. Elmi metodların və bütün növ elmi nəzəriyyələrin qaydalarının necə olması lazım olduğunu bildirməklə. Hər hansı mümkün elmi biliyin əhatə dairəsini və məqsədini ciddi şəkildə məhdudlaşdırmaqla elmə qanunlar tətbiq etməyə çalışır.
Fövqəltəbii hadisələr haqqında təlimlər, kainatın sirli təbiəti haqqında qaranlıq söhbətlər, ənənəni, nüfuzu, intuisiyanı, təcrübə və ağıldan kənar inancları tərənnüm edən baxışlar elmi biliklərin inkişafı işığında büzülür. Lakin pozitivizmin öyrətdiyi kimi, əgər elm hər şeyə rəğmən, obyektiv dünya haqqında heç nə aşkara çıxara bilməsə və yalnız hiss məlumatları ilə maraqlansa, onda cəhalətin elmdən qorxmasına heç bir əsas olmazdı. Məhz buna görədir ki, cahillər elmə və elmi maarifləndirməyə qarşı mübarizədə davamlı olaraq pozitivist arqumentlərdən istifadə edirlər.
Elmin pozitivist şərhi əslində elmlə cəhaləti uzlaşdırır. Beləliklə, o, elmi nailiyyətləri pozitivist prizmadan şərh edir və onları dünyanın elmi dərkinə və insan təbiətinə elmi baxışa qarşı arqumentlərə çevirir.
Mənbə: Evrensel net
Tərcümə etdi: Nuran Əhmədzadə
