
Atlarla insanlar arasında qədim bir əlaqə var. Asiya köçəriləri, ehtimal ki, ilk atları təxminən 4000 il əvvəl əhliləşdiriblər və heyvanlar mühərrikin meydana çıxmasına qədər bir çox insan cəmiyyətləri üçün vacib olaraq qalıb. Atlar hələ də bir çox mədəniyyətlərdə şərəfli yer tutur və çox vaxt müharibədəki qəhrəmanlıqlarla əlaqələndirilir.
Yerli atların yalnız bir növü var, ancaq vaqon çəkməkdən tutmuş yarışa qədər hər şeydə ixtisaslaşan 400-ə yaxın müxtəlif cins var. Bütün atlar otlayandır.
Atların əksəriyyəti ev heyvanı olsa da, digərləri vəhşi olaraq qalır. Vəhşi atlar nəsillər boyu sərbəst qaçan bir dəfə əhliləşdirilmiş heyvanların nəslindəndir. Belə atların qruplarına dünyanın bir çox yerlərində rast gəlmək olar. Məsələn, azad gəzən Şimali Amerika mustanqları 400 ildən çox əvvəl avropalıların gətirdiyi atların nəsilləridir.
Vəhşi atlar, ümumiyyətlə, 3-20 heyvandan ibarət qruplarda toplanır. Malar (dişi) və gənc taylardan ibarət qrupa ayğır (yetkin erkək) başçılıq edir. Gənc erkəklər təxminən iki yaşında sıpaya çevrildikdə ayğır onları qovur. Daha sonra sıpalar öz dişi dəstələrini toplayana qədər digər gənc kişilərlə birlikdə gəzirlər.
Prjevalski atı yeganə əsl vəhşi atdır ki, onun əcdadları heç vaxt əhliləşdirilməyib. Qəribədir ki, bu dolğun, möhkəm heyvan bu gün yalnız əsirlikdə mövcuddur. Sonuncu vəhşi Prjevalski atı 1968-ci ildə Monqolustanda görülüb.
Mənbə: National Geographic
Tərcümə etdi: Aynur Mikayılova
