Bu gün:

Uşaqları sosial media zərərlərindən necə qoruya bilərik?



Sosial media müasir dünyanın ayrılmaz hissəsinə çevrilib və uşaqlar da bu trenddən öz paylarını alırlar. Lakin sosial media ünsiyyət və əlaqə qurmaq üçün faydalı olsa da, bir çox potensial təhlükəni də daşıyır. 

Uşaqlar məxfilik parametrlərinə əhəmiyyət vermirlər. Sosial media platformaları istifadəçilərə məxfilik parametrlərini tənzimləməyə imkan verir. Bununla birlikdə, uşaqlar tez-tez bu parametrləri səhv və ya natamam tənzimləyirlər ki, bu da şəxsi məlumatlarının kənar şəxslərin əlinə keçməsinə səbəb ola bilər. Uşaqlar haqqında ad, yaş, məktəb və ünvan kimi həssas məlumatların paylaşılması onların təqib və ya zərərli fəaliyyət obyektinə çevrilməsinə səbəb ola bilər.

Təhlükəli məzmuna məruz  qalma

Sosial mediada uşaqları maraqlandıra biləcək yazılarla yanaşı, eyni zamanda, uyğun olmayan məzmun tapmaq da mümkündür. Uşaqlar şiddətli, cinsi və ya ədəbsiz bir dil ehtiva edən məzmuna məruz qala bilərlər. Bundan əlavə, bəzi məzmun uşaqları pis davranışlara və ya hərəkətlərə apara bilər.

Onlayn təcavüz və zorakılıq

Sosial media platformaları bəzi istifadəçilərin anonim hərəkət edə biləcəyi bir mühit təklif edir. Bu da öz növbəsində bəzi insanların digər istifadəçiləri təqib etməsinə və ya qorxutmasına səbəb ola bilər. Uşaqlar bilməlidirlər ki, məktəbdə və ya digər sosial mediada qarşılaşa biləcəkləri bu davranışlarla sosial mediada da qarşılaşa bilərlər.

Ümumilikdə isə, uşaqlar sosial mediadan istifadə etməzdən əvvəl bu platformaların potensial təhlükələri barədə məlumatlandırılmalı və onları bu təhlükələrdən qorumaq üçün lazımi tədbirləri görməlidirlər. Uşaqlara onlayn etiketləmə və onlayn təhlükəsizlik davranışlarını öyrətmək də vacibdir.

Bəs uşaqların sosial media hesablarının təhlükəsizliyi üçün nə etmək lazımdır?


Uşaqlara məxfilik parametrlərini tənzimləməyə kömək edin

Sosial media hesablarının məxfilik parametrləri uşaqların hesablarının təhlükəsizliyini təmin etmək üçün vacibdir. Valideyn olaraq uşaqlarınızın hesablarını yaradarkən və ya yeniləyərkən, məxfilik parametrlərini tənzimləmələrinə kömək etmək lazımdır. Bu, hesablarının yalnız ailələrinə və dostlarına görünməsini təmin edir.

Uşaqların dost siyahısını yoxlayın


Sosial media hesabları dostlarımızla ünsiyyət vasitəsidir. Bununla birlikdə, uşaqlar etibar etmədikləri və ya tanımadıqları insanlarla da dost ola bilərlər. Valideynlər uşaqlarının dost siyahılarını mütəmadi olaraq yoxlamalı və tanımadıqları insanları siyahıdan çıxarmalıdır.


Valideynlərə uşağı sosial medianın zərərlərindən qorumaq üçün tövsiyələr;


1. Yaş məhdudiyyətlərini təyin edin


Sosial media platformaları, ümumiyyətlə, 13 yaşdan yuxarı istifadəçilər üçündür. Beləliklə, uşaqlarınızın sosial media hesablarından istifadə etmələri üçün 13 yaşdan yuxarı olmalıdır. Valideynlər olaraq, bu həddi təyin edərək, uşaqlarımızın sosial mediadan daha sağlam bir şəkildə istifadə etməsinə icazə verə bilərik.

2. İstifadə vaxtını qoyun


Uşaqlar sosial mediadan sui-istifadə edirlər. Bu, məktəb performansına, yuxu rejiminə və sosial münasibətlərə mənfi təsir göstərə bilər. Valideynlər olaraq, uşaqlarımızın sosial mediadan istifadə müddətini məhdudlaşdırmalıyıq. Gündə 1-2 saat sosial mediadan istifadə etmək uşaqlara faydalı təcrübə qazanmağa kömək edə bilər.


4. Məxfilik parametrlərinizi yoxlayın


Sosial media platformaları məxfilik parametrlərini təmin edir. Bu parametrlərdən istifadə edərək uşaqlarımızın yalnız tanıdıqları insanlarla qarşılıqlı əlaqədə olmasını təmin edə bilərik. Uşaqların şəxsi məlumatlarının yalnız müəyyən insanlar tərəfindən baxıldığından əmin olmaq da vacibdir.


Uşaqların onlayn rəqəmsal davranış qaydalarını bilməsi onlara onlayn mühitdə hörmət və təhlükəsizlik nümayiş etdirməyə imkan verir. Onlayn təhlükəsizlik təhsili uşaqlara rəqəmsal davranış qaydalarını öyrədir və bu qaydaların pozulması halında qarşılaşa biləcəkləri nəticələr barədə məlumat verir.

Mənbə-neoldu.com

Tərcümə etdi-Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et