Bu gün:

Azərbaycanda mobil operatorların gəlirləri 5% artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1 milyard 271,2 milyon manat məbləğində xidmət göstərib.

24media.az APA-ya istinadən xəbər verir ki,"APA-Economics"ə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9% çoxdur.

Xidmətlərin 70,5%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 408,7 milyon manatı (32,2%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,1% artıb.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et