Bu gün:

"Liverpul"un kapitanından "Mançester Yunayted" məğlubiyyəti sonrası sərt cavab


"Liverpul"un kapitanı Vircil van Dayk bazar günü "Mançester Yunayted"ə 3:2 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra komandanın məşq rejiminə qarşı səsləndirilən tənqidləri rədd edib. Sosial mediada futbolçuların istirahət vaxtları ilə bağlı yaranan narazılıqlara baxmayaraq, o, bu yanaşmanı müdafiə edib.

"Liverpul"un futbolçusu Vircil van Daykın reaksiyası

24media.az "Reuters"-ə istinadən xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi komanda bu mövsüm bütün turnirlərdə 18-ci məğlubiyyətini alıb. Heyəti gücləndirmək üçün təxminən 446 milyon funt-sterlinq (603,84 milyon dollar) xərclənməsinə baxmayaraq, çempion "Liverpul" mövsümün bitməsinə üç oyun qalmış 58 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Mələk Nəsirli

Paylaş
Şərh əlavə et