Bu gün:

"Arsenal" Premyer Liqada yenidən birinci yerə yüksəlib


24 media Vesti.kz-a istinadən xəbər verir ki , İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal" doğma meydanda "Nyukasl"ı məğlub edərək turnir cədvəlinə yenidən başçılıq edib.

Mikel Artetanın yetirmələri 9-cu dəqiqədə hesabı açıblar. İngiltərə millisinin yarımmüdafiəçisi Eberici Eze fərqlənib və onun qolu matçın tək qolu olub.

Hazırda 34 oyundan sonra 73 xalla "Arsenal" Premyer Liqada birinci yerdədir. "Mançester Siti" isə 70 xal və bir oyun ehtiyatla ikinci yerdədir. 


Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et