Bu gün:

"Trabzonspor"-un iki futbolçusu mövsümü başa vurub


Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Trabzonspor" səfərdə "Samsunspor"-un qonağı olub.

24media.az "Ntvspor.net"-ə istinadən bildirir ki, "Trabzonspor" Ziraat Türkiyə Kubokunun dörddəbir final mərhələsində "Samsunspor"-un qonağı olacaq. Samsun Yeni 19 May Stadionunda saat 18:45-də başlayacaq oyundan əvvəl baş məşqçi Fatih Tekke bəzi açıqlamalar verib.

Fatih Tekke deyib: "Dünən də, əvvəllər də gördük. Hər matç çətin, sürprizlərə açıqdır. Bu hər kəsin qazanmağa can atdığı bir kubokdur. Liqanın final hissəsi çətin keçir. Bizim üçün daha da çətin. Bu həftə yenə yaxşı xəbər almadıq. Bataqov və Okay çox güman ki, əməliyyat olunacaqlar və mövsümün qalan hissəsində bizimlə olmaya bilərlər. Liqada zədələnmək üzrə olan oyunçulara gəldikdə isə, Muçi 100% hazır deyil, amma oyunun bir hissəsində ondan istifadə edə bilərik. Bu heyəti çox yaxşı yerlərə gətirdik".

Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et