Bu gün:

Premyer Liqa: "Şamaxı" autsayderə uduzub


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et