Bu gün:

Məktəb hücumlarına görə 95 nəfər saxlanılıb


Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları ilə bağlı genişmiqyaslı araşdırma aparılır. Hadisə cəmiyyətdə böyük narahatlıq və təhlükəsizlik müzakirələrinə səbəb olub. Rəsmilər sosial şəbəkələrdə yayılan məlumatların vəziyyəti daha da gərginləşdirdiyini bildiriblər.

Ədliyyə naziri Akın Gürlek 95 nəfərin saxlanıldığını və 1104 sosial media hesabına girişin məhdudlaşdırıldığını açıqlayıb. 130 hesab sahibi barəsində istintaq başladılıb və 35 nəfərin tutulması üçün əməliyyatlar davam edir. Eyni zamanda 54 məktəbi hədəf göstərən 67 istifadəçi də saxlanılaraq barələrində hüquqi tədbirlər görülüb. Rəsmilər bütün prosesin 171 prokurorluq vasitəsilə 81 bölgədə koordinasiyalı şəkildə aparıldığını vurğulayıblar. Məqsəd həm cinayətlərin qarşısını almaq, həm də ictimai təhlükəsizliyi təmin etməkdir. Dövlət qurumları məktəb ətrafında nəzarətin gücləndiriləcəyini və araşdırmaların davam edəcəyini bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et