Bu gün:

Kahramanmaraşda məktəbdə silahlı hücum hadisəsi baş verib


Kahramanmaraşda orta məktəbdə silahlı hücum baş verib. Hadisə 14 yaşlı şagird tərəfindən törədilib və ciddi itkilərə səbəb olub. İlkin məlumatlar hadisənin cəmiyyətdə böyük narahatlıq doğurduğunu göstərib.

Rəsmi məlumata görə, hücum nəticəsində 8 şagird və 1 müəllim həyatını itirib, 13 nəfər yaralanıb. Hücum edən şəxs məktəbin 8-ci sinif şagirdi olub və iki sinif otağında atəş açıb. Hadisədən sonra ərazi mühasirəyə alınıb, istintaq başladılıb . Rəsmilər hadisəni faciə kimi qiymətləndirərək həyatını itirənlərin yaxınlarına başsağlığı veriblər. Yaralıların müalicəsi davam edir və bəzilərinin vəziyyəti ağırdır. Hadisənin səbəbləri və bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et