Bu gün:

Tramp İranla bağlı növbəti addımlarını açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İranla danışıqların nəticəsiz qalmasından sonra ölkəsinə qarşı dəniz blokadası tətbiq ediləcəyini bildirib. O, Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün mina təmizləmə əməliyyatlarının davam etdiyini və ABŞ ordusunun istənilən anda hərbi əməliyyatlara hazır olduğunu qeyd edib.


ABŞ tərəfi İranın nüvə proqramından imtina etmədiyini bildirir, lakin tərəflər arasında fikir ayrılıqları daha geniş məsələləri – o cümlədən Hörmüz boğazına nəzarət və regional qüvvələrə dəstəyi əhatə edir.


Blokada planı bir sıra suallar doğurur: ABŞ-ın digər ölkələrin gəmilərinə necə müdaxilə edəcəyi və bunun qlobal neft qiymətlərinə necə təsir göstərəcəyi qeyri-müəyyən qalır. ABŞ Mərkəzi Komandanlığı isə blokadanın İran limanlarına gedən bütün gəmiləri əhatə edəcəyini açıqlayıb.


Sorğulara görə, amerikalıların əksəriyyəti müharibənin uğurlu getmədiyini düşünür. Münaqişə davam etdikcə həm iqtisadi, həm də siyasi risklərin artdığı və vəziyyətin hələ də qeyri-müəyyən qaldığı vurğulanır.

Mənbə: BBC

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et