40 günlük matəmdən sonra Tehranda İranın Ali Lideri Əli Xameneinin xatirəsinə həsr olunan kütləvi anım mitinqləri keçirilib. İştirakçılar mərkəzi meydanlarda toplaşaraq onun vəfat etdiyi yerə yollanıblar.

Əli Xameneinin xatirəsini yad edən adamlar
24media.az "News.ru" saytına istinadən xəbər verir ki, minlərlə insan əllərində milli bayraqlar və mərhumun portretləri ilə küçələrə çıxıb. Əsas sütunlar şəhər mərkəzində formalaşaraq liderin ölüm yerinə doğru irəliləyib.
İştirakçılar arasında İranın regional müttəfiqlərinin simvollarını nümayiş etdirən qruplar da var idi. Xüsusilə kişilərin Livan Hizbullah hərəkatının bayraqlarını, eləcə də əvvəllər münaqişə zamanı İranla birlikdə vuruşan şiə milislərinin olduğu İraqın milli bayraqlarını daşıdıqları görülüb.
Daha əvvəl Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov ABŞ-nin 28 fevralda Ali Lider Əli Xameneinin öldürülməsindən sonra İranda rejim dəyişikliyinin tez bir zamanda baş verəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton hökumətin çöküşü səbəbindən ölkədə sabitliyin pozulmasına ümid edirdi, lakin bu baş verməyib.
Əli Balayev
