Bu gün:

SpaceX ilk ictimai səhmlərin satışına hazırlaşır: bazarda böyük maraq


SpaceX şirkətinin mümkün IPO-su (ilk ictimai səhmlərin satışı) qlobal maliyyə bazarlarında geniş müzakirələrə səbəb olub. Ekspertlər bu addımın texnologiya sektorunda yeni investisiya dalğası yarada biləcəyini bildirirlər.

Kosmos və maliyyə bir nöqtədə - yeni yüksəlişin başlanğıcı 

24Media.az İnvestopedia-ya istinadən bildirir ki,SpaceX-nin IPO planları hələ rəsmi təsdiqlənməsə də, şirkətin bazara çıxışı investorlar tərəfindən böyük maraqla gözlənilir. Şirkət xüsusilə kosmik texnologiyalar, peyk interneti və innovativ layihələri ilə diqqət çəkir. Analitiklər hesab edir ki, IPO baş tutarsa, bu, son illərin ən iri texnologiya yerləşdirmələrindən biri ola bilər.

Bununla yanaşı, bəzi ekspertlər riskləri də qeyd edir ki, yüksək qiymətləndirmə və bazar qeyri-sabitliyi investorlar üçün çətinlik yarada bilər. Buna baxmayaraq, SpaceX-n potensial IPO-su artıq maliyyə dünyasının əsas mövzularından birinə çevrilib.


Şehrin Musayeva

Paylaş
Şərh əlavə et