Bu gün:

Azov dənizində toplu daşıyıcı gəmi batıb


Xerson vilayətinin qubernatoru Vladimir Saldo özünün MAX mesajlaşma kanalında Azov dənizində batan toplu daşıyıcı gəminin doqquz heyət üzvü sahildə tapılıb. O əlavə edib ki, kapitanın birinci köməkçisi ölüb.

Vladimir Saldo

24media.az News.ru saytına istinadən xəbər verir ki, Saldonun sözlərinə görə, hamısı Rusiya vətəndaşı olan doqquz heyət üzvü sahildə tapılıb. 1991-ci il təvəllüdlü bir kişi (birinci köməkçi) ölüb. Digər iki heyət üzvünün harada olduğu hələ də məlum deyil.

Daha əvvəl bildirilib ki, Taqanroq körfəzinə düşən Ukrayna pilotsuz təyyarəsinin qalıqları toplu daşıyıcıya zərər vurub. Rostov vilayətinin qubernatoru Yuri Slyusar xarici bayraqlı gəminin sahil xəttindən bir neçə kilometr aralıda olduğunu açıqlayıb.

ABŞ dövlət katibi Marko Rubio da Hörmüz boğazında gəmiçiliyin bərpasının yalnız Tehranın davranışından asılı olduğunu bildirib.

Onun sözlərinə görə, İran beynəlxalq naviqasiyanı təhdid etməyi dayandırsa, gəmiçilik trafiki "hətta sabah" bərpa edilə bilər.

Əli Balayev 

Paylaş
Şərh əlavə et