İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-nin İranın enerji infrastrukturunu vurmaqla bağlı hədələri "ümidsizliyin" əlamətidir.
İran Prezidenti Məsud Pezeşkian
24media.az BBC news-a istinadən məlumat yayıb. Pezeşkian əlavə edib ki, Hörmüz boğazı "torpağımızın bütünlüyün pozanlar istisna olmaqla hər kəs üçün açıqdır".
Bu barədə o "X" platformasında yayımlanan bəyanatında yazıb.
"İranı xəritədən silmək illüziyası, tarix yazan bir millətin iradəsinə qarşı ümidsizliyin göstəricisidir. Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı torpağımızı pozanlar istisna olmaqla hamı üçün açıqdır. Biz döyüş meydanında, sayıqlıq içində səsləndirilən təhdidlərə qətiyyətlə cavab verəcəyik".
Nuray Ədilzadə
