Kanadanın baş naziri Mark Carney Avstraliya parlamentində çıxışı zamanı müharibədən sonrakı qurulan qlobal nizamın ardıcıl böhranlar səbəbindən dağıldığını bildirib. O, orta gücə malik ölkələrin yeni qaydaların formalaşdırılmasında birlikdə hərəkət etməli olduğunu deyib.

Karni bildirib ki, əgər orta güclər birlikdə hərəkət etməsə, dünya siyasətində böyük dövlətlər nəticələri diktə edəcək. Onun sözlərinə görə, Kanada və Avstraliya strateji tərəfdaş kimi əməkdaşlığı gücləndirməlidir.
Kanada və Avstraliyanın müdafiə, kritik minerallar və süni intellekt sahələrində əməkdaşlığı artırması planlaşdırılır. Qeyd olunub ki, hər iki ölkə dünya üzrə uran və litium istehsalının böyük hissəsini təmin edir.
Avstraliyanın baş naziri Entoni Albaneze isə bildirib ki, iki ölkə ortaq dəyərlərə və baxışlara malikdir və yeni yollar taparaq bir-birini dəstəkləməlidir.
Liderlər Yaxın Şərqdə gərginliyin artması ilə bağlı da danışaraq vəziyyətin gərginləşməməsi üçün tərəfləri sakitləşməyə çağırıblar. Bununla yanaşı, onlar İranın nüvə silahı hazırlamaq imkanlarının aradan qaldırılmasının vacib olduğunu vurğulayıblar.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
