Bu gün:

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 72 117-yə çatıb


24media.az TRT Haber.com-a istinadən xəbər verir ki, 2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 72 117-yə çatıb.

Atəşkəs elan olunmasına baxmayaraq, İsrail ordusunun Qəzza zolağına zərbələri davam etdirdiyi bildirilir.

Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumlar nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar təqdim olunub.

Bəyanata əsasən, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara bir nəfərin meyiti və üç yaralı gətirilib.

Qeyd olunub ki, 10 oktyabr 2025-ci ildə atəşkəs qüvvəyə mindikdən sonra İsrail hücumları nəticəsində 633 nəfər həlak olub, 1 703 nəfər yaralanıb, dağıntılar altından isə 753 nəfərin cəsədi çıxarılıb.

Ümumilikdə, 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında ölənlərin sayı 72 117-yə, yaralananların sayı isə 171 801-ə çatıb.

Məlumata görə, Qəzza zolağında hələ də minlərlə insanın cəsədi dağıntılar altında qalır.

Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et