Bu gün:

Avropa İran böhranında niyə birləşə bilmir?


ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Avropa ölkələri ortaq mövqe formalaşdırmaqda çətinlik çəkir. Hadisələr əvvəlcədən gözlənilsə də, böhran başlayandan bəri qitə koordinasiyasız və parçalanmış görüntü verir.

Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanatla İranı xəbərdar edib və müdafiə tədbirlərinə hazır olduqlarını bildirib. Lakin onlar ABŞ-İsrail hücumlarının beynəlxalq hüquqa uyğunluğu məsələsini açıq şəkildə qaldırmayıb. Avropa İttifaqında da vahid xətt yoxdur – bəzi rəsmilər sərt mövqe nümayiş etdirsə də, ümumi yanaşma fərqlənir.


Liderlər eyni zamanda ABŞ Prezidenti Donald Trampla münasibətləri korlamaq istəmir və Vaşinqtonun diqqətinin Ukraynadan yayınmasından ehtiyat edir. Müdafiə sahəsində koordinasiya problemləri, fərqli milli maraqlar və ictimai rəy isə Avropanın “bir səs”lə danışmasını çətinləşdirir.

Mənbə: BBC 

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et