Yaxın Şərqdə gərginlik fonunda Qətərin hava hücumundan müdafiə qüvvələri iki təyyarəni vurduğunu bildirib. Bu barədə rəsmi məlumatı “Qatar Ministry of Defence” yayıb. Hadisənin detalları və təyyarələrin mənsubiyyəti ilə bağlı hələlik əlavə açıqlama verilməyib.
Qətərin 2 təyyarəni vurduğu, BƏƏ-nin isə yüzlərlə hava gəmisinin zərərsizləşdirdiyinə aid görüntülər
24media.az Anews.az-a istinadən bildirir ki, “United Arab Emirates Ministry of Defence” genişmiqyaslı müdafiə əməliyyatı həyata keçirdiyini bəyan edib. Rəsmi açıqlamada bildirilir ki, ölkənin hava hücumundan müdafiə sistemləri bir gün ərzində 9 ballistik raketi, 6 qanadlı raketi və 148 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Qurumun məlumatına görə, əməliyyatlar milli hava məkanının və strateji obyektlərin qorunması məqsədilə aparılıb. Ölən və yaralananlar, eləcə də mümkün dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib. Ekspertlər qeyd edirlər ki, bu miqyasda hava hücumlarının qarşısının alınması bölgədə koordinasiyalı və davamlı hücum ehtimalını göstərir.
Region ölkələri hava hücumundan müdafiə sistemlərini gücləndirərək yüksək hazırlıq vəziyyətinə gətiriblər. Hadisələrlə bağlı araşdırmalar davam edir və məlumatların müstəqil təsdiqi hələ mümkün olmayıb.
Vəziyyət dinamik olaraq dəyişir.
Şehrin Musayeva
