Hindistan və Kanada baş nazirlərinin Dehlidə görüşündən sonra münasibətləri yenidən qurulub və 10 illik nüvə enerjisi sazişi imzalanıb. Hindistanın baş naziri Narendra Modi və Kanadanın baş naziri Mark Carney texnologiya, müdafiə, kosmos, təhsil və enerji sahələrində əməkdaşlığı genişləndirib.

Razılaşmaya görə, Kanada Hindistana uzunmüddətli uran təminatı verəcək. Tərəflər kiçik güclü modul tipli nüvə reaktorları və qabaqcıl reaktorlar üzərində birgə işləyəcək. Həmçinin 2026-cı ilin sonuna qədər geniş iqtisadi tərəfdaşlıq sazişini yekunlaşdırmaq və ticarət dövriyyəsini 50 milyard dollara çatdırmaq hədəflənib.
Münasibətlər 2023-cü ildə Kanadada siqh icmasının üzvü Hardeep Singh Nijjarin qətli ilə bağlı yaranmış diplomatik gərginlik səbəbindən pisləşmişdi. Keçmiş baş nazir Justin Trudeau Hindistanı ittiham etmiş, Hindistan isə bu iddiaları rədd etmişdi. Daha sonra diplomatlar qarşılıqlı şəkildə ölkədən çıxarılmış və viza xidmətləri dayandırılmışdı.
Son dövrdə əlaqələr tədricən normallaşıb. Tərəflər süni intellekt, yarımkeçirici çiplər, bərpa olunan enerji və strateji enerji tərəfdaşlığı sahəsində əməkdaşlığı artırmağa razılaşıb və yeni mərhələnin başlanğıcı elan olunub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
