Fransa nüvə arsenalını artırmaq və “nüvə çəkindirmə” strategiyasını digər Avropa ölkələrini də əhatə edib. Prezident Emmanuel Makron Bretan bölgəsindəki çıxışında bildirib ki, dünya getdikcə daha qeyri-sabit olur və qarşıdakı 50 il “nüvə silahları dövrü” olacaq. O deyib ki, Fransanın təxminən 300 ədəd olan nüvə başlıqlarının sayı artırılıb.

Prezident 2036-cı ildə istismara veriləcək yeni nüvə silahlı sualtı qayığının tikintisinə başlanıldığını açıqlayıb. Qayıq “Məğlubedilməz” adlandırılıb. Həmçinin qeyd edib ki, Fransa artıq nüvə başlıqlarının dəqiq sayını ictimaiyyətə açıqlamayıb.
Yeni “təkmilləşdirilmiş çəkindirmə” strategiyasına Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka qoşulub. Bu ölkələr Fransanın hava vasitəsilə nüvə imkanları üzrə təlimlərdə iştirak edib və öz ərazilərində Fransa bombardmançı təyyarələrinin yerləşdirilməsinə icazə verib.
Makron vurğulayıb ki, nüvə zərbəsi ilə bağlı son qərarı yenə də yalnız Fransa prezidenti verib. O əlavə edib ki, bu əməkdaşlıq Şimali Atlantika Alyansının nüvə çəkindirməsini əvəz etməyib, əksinə onu tamamlayıb. Fransa və Almaniya nüvə sahəsində daha sıx əməkdaşlıq barədə də razılığa gəlib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
