Bu gün:

Kiprdə Britaniya bazasına dron hücumu dəf edilib


Kiprdə Britaniyanın “RAF Akrotiri” bazasına yönələn iki pilotsuz uçuş aparatı vaxtında zərərsizləşdirilib. Bundan bir gün əvvəl bazaya edilən dron hücumu nəticəsində xəsarət alan olmayıb, minimal ziyan qeydə alınıb.

Kipr Prezidenti Nikos Xristodulidis hücumun İran dronu ilə həyata keçirildiyini bildirib. Böyük Britaniyanın Müdafiə Nazirliyi təhlükəsizlik məqsədilə ailə üzvlərinin başqa yerə köçürüləcəyini açıqlayıb, insidentin detalları araşdırılır.


Regionda gərginlik İsrail və ABŞ-nin İrana qarşı hücumlarından sonra artıb, İran isə cavab olaraq bölgədə ABŞ və müttəfiq obyektlərinə dron və raket zərbələri endirib.

Mənbə: BBC

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et