İran İslam Respublikasının ali dini lideri Əli Xomeyninin ölümü ölkədə ali lider postunun varisliyi məsələsini gündəmə gətirib. Bu vəziyyət mərhum İran lideri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynini diqqət mərkəzinə çıxarıb.
Qeyd edək ki, Həsən Xomeyni mərhum Ayatəllahın 15 nəvəsi arasında ən görünən fiqurdur və İranın ruhani quruluşunda nisbətən mülayim mövqedə qiymətləndirilir. O, keçmiş prezidentlər Məhəmməd Xətami və Həsən Ruhani ilə yaxın əlaqələrə malikdir.
Həsən Xomeyni 53 yaşındadır və Tehranın cənubunda böyük babasının türbəsinin qoruyucusu olaraq simvolik əhəmiyyət kəsb edir. O, dövlət vəzifəsində çalışmayıb və 2012-ci ildə prezidentliyə namizədliyini irəli sürməkdən imtina edib.
Qeyd edək ki, Həsən Xomeyni 2015-ci il nüvə sazişi dövründə Həsən Ruhaninin hökumətini dəstəkləyib; saziş nüvə proqramına məhdudiyyətlər müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
